MeNYu
Ana otaq
Sinifdə Rütbəlilər
Uğurlarımız
Forum
Mən Kimən?
Əlaqə
İstifadəçi dəftəri
HTML Kod
Əlavə məlumatlar
Şeirlər
Reklam İşləri
 

Şeirlər

 Şəhidlər

Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər...

Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər...

O şənbə gecəsi, o qətl günü
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü
O gecə dağıdıb sökdü şəhidlər...

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər...

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər,
Donan vicdanları qeyrətləndirər,
Axı el qeyrəti çəkdi şəhidlər...

Bilirik, bu bəla nə ilkdi, nə son
Ölürkən uğrunda bu Ana yurdun.
Quzu cildindəki o qoca qurdun
Doğru, düz cildini çəkdi şəhidlər...


Dözdü hər zillətə, dözdü hər şeyə,
"Dünyada mənim də haqqım var", - deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər...


İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə,
Torpağın bağrına cəsədləriylə
Azadlıq tumunu əkdi şəhidlər.

                                                        Bəxtiyar Vahabzadə

Larisaya

 


                           
 

On üç yaşlı körpə bala,
Yazıq anan necə dözsün
Bu kədərə, bu məlala?
Məzarının baş ucunda kuklan da var.
Bu gün layla çalmalıykən sən kuklana
Kuklan sənə laylay çalar.
Sən özün də kukla idin.
Bu dünyanın əvvəlini, axırını
Heç bilmədin.
Kim kuklaya güllə atar?
Atan oldu. 

İnsanlığı, mərhəməti,
Ədaləti, həqiqəti
Bir qərəzə satan oldu.
Anan asmış dərs çantanı,
Məzarının baş daşına.
Axı, niyə hay vermirsən.
Səni dərsə haraylayan yoldaşına?
Sənin adın dostlarının dil əzbəri.
Qızım, axı səni gözlər çoxdan bəri
Açmadığın kitabların, dəftərlərin,
Səni gözlər partandakı o boş yerin. 


                                                        Bəxtiyar Vahabzadə

 

Bu Gün saytımızda 6 ziyaretçiolmuşdur
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol