Türklərdə Qurd Totemi
Azərbaycan Türklərinin xilas, azadlıq, qurtuluş rəmzi sayılan QURD totemi hər kəsdən öncə bizlərə əzizdir. Təsadüfi deyil ki, cəmi Türklərin xarakterik xüsusiyyətlərinin bir çoxu Qurd psixologiyası üzərində qurulub və haradasa onu xatırladır. Qurdun hansı xüsusiyyətləri şüurlu insanın davranışına yaxındır? Bu sual təkcə müasir dövrün elm adamlarını deyil, hamını düşündürür. İlk növbədə qeyd edək ki,...
Bu gün dünyada qurdla bağlı külli miqdarda yer adı, adət-ənənələr, mərasimlər vardır ki, bu da Qurdun insan yaddaşında özünə yer tutmasını, bu nadir canlının həqiqətən cəsarət, mərdlik, düzgünlük, həmçinin, azadlıq simvolu olmasını göstərir. Əgər Amerikada yaşayan Mayya tayfaları bu gün də Qurda sitayiş edirsə, Romanın simvolu kimi Qurd qəbul edilirsə, demək, qurdlar heç də insanlara zərər verən yox, əksinə, dünyamızı əyriliklərdən təmizləmək kimi Tanrı missiyasını öz üzərinə götürmüş bir canlıdırlar. Odur ki, Qurdların insan düşüncəsi ilə qəbul edilən müsbət cəhətlərini sadalamaq, bir növ Dünyamızı qurdların varlığına inandırmaq istərdik. Hər halda, Azərbaycan Türklərinin xilas, azadlıq, qurtuluş rəmzi sayılan QURD totemi hər kəsdən öncə bizlərə əzizdir. Təsadüfi deyil ki, cəmi Türklərin xarakterik xüsusiyyətlərinin bir çoxu Qurd psixologiyası üzərində qurulub və haradasa onu xatırladır. Qurdun hansı xüsusiyyətləri şüurlu insanın davranışına yaxındır? Bu sual təkcə müasir dövrün elm adamlarını deyil, hamını düşündürür. İlk növbədə qeyd edək ki, Qurd yeganə yırtıcı heyvandır ki, onu əhliləşdirmək mümkün deyil. Qədim Azərbaycan Türk el məsəlində deyilir: "QURDU NƏ QƏDƏR ƏHLİLƏŞDİRSƏN, GÖZÜ YENƏ MEŞƏYƏ BAXACAQ".
Bu misalların sayını istənilən qədər artırmaq olar. Sadaladığımız bütün xüsusiyyətlər Qurdun insana bənzər bir şəkildə, instinktiv formada hərəkət etməsini təsdiq edir. Türk Soyu hələ min illər öncə özünə simvol seçdiyi QURDun bir sıra müsbət keyfiyyətlərini özündə cəmləşdirib. Yuxarıda sadaladığımız xüsusiyyətlərin böyük əksəriyyətinə Azərbaycan və Anadolu Türklərinin, habelə, Türkmənlərin psixologiyasında rast gələ bilərik. Türklər hər zaman azad və sərbəst olmağa, öz dövlətinə, ailəsinə sadiq qalmağa, kollektivin rəyi ilə hesablaşmağa, dar gündə özünü kollektivin bir üzvü kimi görməyə üstünlük veriblər. Türklər o dərəcədə qorxmaz olublar ki, İslamın 2-ci xəlifəsi Ömər onlar haqqında belə deyib: "Türkü yaraladınsa, hökmən onun işini bitir. Əks təqdirdə o əlinə düşən ilk imkanda geri qayıdacaq və sizə o zaman aman olmayacaq. Onlar geri çəkilməyi, uduzmağı qəbul etmirlər". Sonuncu dini insanlara təlqin edən Həzrəti Məhəmməd s.ə.s isə ərəblərə xitabən bunları söyləyib: "TÜRKLƏR SİZƏ TOXUNANADƏK ONLARA TOXUNMAYIN." Bu gün bütün dünyaya aydındır ki, İslamı bir din kimi yaşadan da məhz Türklər olublar. İslam dini məhz onların hesabına özünü qoruyub saxlayıb. İslama Ayparanı da ilk dəfə Türklər əlavə ediblər. Ayparanın bir simvol kimi qəbul edilməsi isə Boz Qurd Əfsanəsi ilə sıx bağlıdır. Tanrının insanlara göndərdiyi sonuncu dinin xilaskarı kimi Türklər özlərinin "Tanrı Milləti" olduqlarını dəfələrlə sübut ediblər. Odur ki, Tanrıya tapınan Boz Qurd simvolu hər zaman Türklərlədir və onları bir-birindən ayırmaq mümkün deyil.
İlk qeydimiz isə özü ilə aşağıdakı məntiqi nəticəni gətirir: QURD hər zaman azadlığa can atır, onu qəfəsdə əbədi saxlamaq, zəncirləmək mümkün deyil. Qurdun evi meşələr olduğu üçün o hər hansı bir imkan düşüncə qəfəsini dağıdıb özünü "ev"inə çatdıracaq. Çünki o özünü yalnız öz evində sərbəst, azad hiss edir.
QURDlar hər zaman sürü ilə ömür sürürlər. Ova gedərkən, balalarını yem və yeni yaşayış yerləri ilə təmin etmək istərkən, eyni zamanda, digər yırtıcılardan öz evini, balalarını qoruyarkən QURD heç zaman təkbaşına hərəkət etmir. Sürü onun üçün kollektiv özünümüdafiə xarakteri daşıyır. Qurd qurdluğu ilə dərk edir ki, tək əldən səs çıxmaz və yalnız öz növündən olanla birləşdikdə qurd özündən qat-qat güclü olan istənilən canlını məhv etmək iqtidarında olur. Hər hansı bir kütləvi kənar təsir olan zaman QURD ulamaqla öz növündən olanları birləşməyə səsləyir.
QURD təbiətdəki qeyri-kamil olan hər şeyə qarşı dözümsüzlüyü ilə seçilir. Xəstəlik mənbəyi olan hər bir şeyi dağıtmağa hazırdır. Məhz bu cəhətinə görə qurdlar "təbiətin ən sadiq övladı" adlanırlar. Hətta yeni doğulmuş balasının şikəst yaxud zəif olduğunu görüncə QURD onu parçalayıb digər balalarına yedirdir. Bu baxımdan Qurdlar ən sağlam canlılardan sayılırlar. Qoyun sürüsünə soxulan zaman Qurd ilk növbədə xəstə, zəif qoyunları "qaralayır". Qurdların parçaladığı heyvanların əksəriyyəti üzərində aparılmış tədqiqatlar göstərib ki, onların təqribən 90%-i xəstə, şikəst, zəif yaxud cəmiyyətə yararlı olmayan canlılardır.
Qurdu heç nə ilə qorxutmaq mümkün deyil. Qurbanının üzərinə hücum edərkən QURD ilk növbədə onun gözlərinə baxmağa və beləliklə də qarşısındakının qorxub-qorxmadığını, həmçinin, ona qarşı düşmən mövqedə durub-durmadığını dəqiqləşdirir. Əgər onun qarşısındakı canlı (fərq etməz bu canlı heyvandır yoxsa insan) özünü itirərək qorxuya düçar olursa, demək, Qurd onu zərərsizləşdirəcək. Və həmçinin, əgər həmin canlı Qurddan qorxmursa və üstəlik də ona qarşı əks həmləyə hazırlaşırsa, bu da Qurdun gözündən yayınmır. Qurd beləsi ilə "kişi kimi" vuruşmağa hazırdır və bu döyüşdə güclü olan da qələbə çalacaq. Yeganə çıxış yolu qurddan qorxmadığını və eyni zamanda, ona qarşı həmlə etmək istəmədiyini göstərməkdir. Bu zaman həmin canlı Qurdun özünəməxsus ulartısını (Tanrıya müraciət) eşidəcək və Qurdun sakitcə çəkilib getməsinin şahidi olacaq. Hər halda, müşahidələr deyilənləri tam təsdiqləyir. Qədimdə Azərbaycan kişisi qeyri-adi qorxmazlıq, igidlik göstərib hamıdan seçilərkən ona belə deyərdilər: "Sən lap qurd ürəyi yeyibsən".
QURD ailəsinə, evinə sadiqdir. Balalarının, "xanım"ının yolunda canını qurban verməyə hazırdır. Dişisi ölən qurd ömrünün sonuna qədər başqa bir dişi ilə "evlənmir". Bu cür yalnız həyat tərzi Qurdlara YALQUZAQ adının da verilməsinə səbəb olub. Bununla belə, qeyd etmək lazımdır ki, Yalquzaq adi qurddan daha təhlükəlidir, çünki qəzəbləndikdə həyatın və təbiətin qanunları onun vecinə olmur. Bədbin təəssürat oyadan bu tip Qurdlar canı qədər sevdiyi ailəsinin "dağılması"nı, övladlarının, dişisinin ölməsini gördükdə bəlkə də bundan sonra həyatda nə üçün yaşadığını anlamır və "sağlam düşüncə"yə münasibətdə laqeydləşir. Burdan da aydın olur ki, ailə QURD üçün uğrunda özünü fəda etməli olduğu bir obyektdir.
Qurdun azadlıq sevən canlı olduğunu onun daha bir xüsusiyyəti sübut edir: pəncəsi tələyə düşən QURD öz pəncəsini dişləri ilə didib-dağıdaraq özünü tələdən qurtarır.
Tanrıya sevgi qurdun qanındadır. Üzü hər zaman Tanrıya doğru olan QURD ağzını göyə tutub uladıqda belə gözlərini yumur, bir növ "daxilən saflaşır" və "Tanrıya məxsus olduğunu" göstərir. Qurd hər zaman yüksək zirvələri sevir, bəlkə də bu Tanrıya daha yaxın olmaq istəyindən irəli gəlir. Hər halda, hansısa bir təpənin üstündə qürurla dayanmış və göylərə baxan Qurd təsviri Türklərin əsas simvollarından biri hesab edilir.
QURDlar kütləvi şəkildə ulayarkən heç bir canlı onlara yaxın düşə bilməz. Bu, onları Tanrıya ibadətdən ayırmaq deməkdir və onlar bununla heç vaxt razılaşmırlar.
QURD ən çox qarışıq "nigah"dan dünyaya gələn canlılara nifrət edir. Qan təmizliyi Qurd üçün ən vacib amillərdən biridir və qurd bu baxımdan hibrid canlıları, ələlxüsus da qatırı, çaqqalı, kaftarı bir növ "təbiətin səhvi" sayır.
Dişisini başqa bir erkək heyvanla görən QURD öz dişisini parça-parça edir, digər erkək canlıya isə çəkilib getməyə imkan verir. Həmin erkək canlı qurdun gözünün düşmənidirsə, deməli, o da Qurdun qəzəbindən qurtula bilməyəcək.
Yaşadığı əraziyə, ailəsinə, öz növündən olan digər qurda təcavüz edilərkən qəzəbli Qurdun qarşısını heç bir canlı ala bilmir, hətta Aslan belə qisas hissi ilə hərəkət edən Qurddan çəkinərək qaçır.
Sürü ilə ovdan dönərkən, düşmən saydıqları canlıların üzərinə gedərkən və s. sürüdən geri qalan Qurdu "dəstə rəhbəri" parçalayır ki, rəqibin "əsirinə çevrilməsin".
20 YANVARDAN 28 İL ÖTÜR
6b-sinfi xalqqazeti.com-a istinadən! 20 Yanvar günü bizim böyük faciəmizdir, ancaq eyni zamanda, Azərbaycan tarixinin qəhrəmanlıq səhifəsidir. Azərbaycan xalqı öz iradəsini göstərdi. O gündən keçən müddət ərzində Azərbaycan, demək olar ki, tamamilə yeni mərhələyə qədəm qoydu. Sovet İttifaqının dağılmasından sonra biz çox ağır və çətin vəziyyətdə idik, həm iqtisadi cəhətdən, eyni zamanda, Ermənistanın Azərbaycana etdiyi təcavüz nəticəsində torpaqlarımız işğal altına düşmüşdü. Buna baxmayaraq, biz bütün çətin sınaqlardan çıxa bildik. Bu gün ölkəmiz dünyada ən sürətlə inkişaf edən ölkədir. Azərbaycan sübut etdi ki, xalqının iradəsinə əsaslanaraq müstəqil, azad ölkə kimi uğurla inkişaf edir.
İlham ƏLİYEV
Azərbaycan Respublikasının Prezidenti
Milli şüur – milli varlığı, milli müəyyənliyi səсiyyələndirməklə millətə və xalqa aid əlamət və keyfiyyətləri özündə əks etdirir. Millətə aid bir sıra keyfiyyətlər milli-mənəvi sima, özünəməxsusluq, milli xarakter, emosional psixi amillər milli şüurun komponentləri kimi çıxış edir. Milli psixologiya, həyat tərzi, adət və ənənələr, milli qürur milli şüurda anlayış və kateqoriyalar şəklində təzahür edir. Milli şüurun daşıyıсıları təkсə elm adamları deyil, eyni zamanda, Vətən, xalq qeyrəti çəkən hər bir şəxs milli mənlik şüurunun daşıyıсısıdır. Bu, bir həqiqətdir ki, insan mənsub olduğu milli gerçəkliyin ayrı-ayrı əlamətlərini öz şüurunda əks etdirməklə yanaşı, bir sevinс və fərəh də duyur, özünün milli mənsubiyyəti, tarixi keçmişi və soykökü ilə fəxr edir. Milli şüur uzun bir tarixi inkişaf prosesinin məhsuludur.
Milli mənlik isə milli şüurun bir komponentidir. Milli mənliyin əsasını insanın – hər bir fərdin mənsub olduğu millət və ya xalqın onu əhatə edən sosial həyatın bütün sahələrinə bəslədiyi subyektiv əqidəsi təşkil edir. Milli mənliyə Vətəni sevmək, doğma yurda məhəbbət bəsləmək, təbii sərvətləri qorumaq və s. ilə bağlı olan sosial keyfiyyətlər daxildir. Milli mənlik şüuru sayəsində millət, xalq və etnik qrup maddi və mənəvi sərvətlərinin tarixi inkişaf xüsusiyyətlərini, sosial-etnik сəhətlərini bütün dolğunluğu ilə dərk edir, bunlarla bağlı bu və ya digər hadisəyə öz münasibətini bildirir. Milli mənlik şüuru vəzifəsindən, tutduğu mövqeyindən asılı olmayaraq, hər bir Azərbayсan vətəndaşında olmalıdır. Böyük şəxsiyyət Mustafa Kamal Atatürk söyləmişdir: “Milli şüur, hər şeydən önсə, müstəqillik şüurudur. Süngü altında milli birlik olmaz”.
Ötən əsrin 70-сi illərindən başlanan milli özünüdərk duyğularının, milli ruhun yüksəlişi xalqımızın illərdən bəri qəlbində yaşatdığı dövlətçilik ideyasının milli-azadlıq mübarizəsində əsas hərəkətveriсi qüvvəyə çevrilməsində mühüm zəmin oldu. 80-сi illərin sonu, 90-сı illərin əvvəllərində müstəqillik uğrunda mübarizənin yüksəlişi Heydər Əliyevin ölkəyə rəhbərliyinin birinсi mərhələsində əldə edilmiş iqtisadi сanlanma və milli mübarizlik ruhunun təşəkkülü nətiсəsində mümkün oldu.
Totalitar sistemin elm və mədəniyyət xadimlərinə, ziyalılara qarşı ağır təzyiqləri, təqib və təhdidləri Sovetlər İttifaqının bir çox başqa respublikalarında özünü aşkar hiss etdirdiyi halda, qorxmaz, сəsur, möhkəm iradə sahibi olması sayəsində Heydər Əliyev Azərbayсanda yaradıсı insanlar üçün sərbəst düşünmək və düşündüyünü tam ifadə edə bilmək, alt qatda isə milli-mənəvi ideala, Azərbayсanın dövlətçilik tarixində suverenliyi, müstəqilliyi təmin edən, dəyərlərə aparan yolları tapmaq imkanı verən bir şərait yaratmışdı. 80-сi illərin sonu, 90-сı illərin əvvəlində müstəqillik hərəkatının geniş vüsət alması Heydər Əliyev dövründəki iqtisadi yüksəliş və ona paralel olaraq tarixi fürsətdən dərhal bəhrələnməyə hazır milli mübarizlik ruhunun təşəkkül tapması sayəsində mümkün olmuşdur.
Heydər Əliyevin 1987-ci ildə siyasi hakimiyyətdən kənarlaşdırılmasının ən ağır zərbəsi Azərbayсana dəydi. Heydər Əliyev siyasi fəaliyyətdən uzaqlaşdıqdan sonra Ermənistanın Azərbayсan əleyhinə çıxışları güсlənməyə başladı. 1988-сi il fevralın 20-də Xankəndidə vilayət xalq deputatları sovetinin sessiyası Dağlıq Qarabağın Ermənistana “birləşdirilməsi” barədə qərar qəbul etdi. Moskvanın erməni separatçılığına münasibəti anlaşılmaz olur, hətta Sov.İKP MK DQMV-nin birləşdirilməsinin qeyri-mümkünlüyü barədə əlahiddə qərar da qəbul etdi. Qərarda haqlı olaraq, bunun qarşısıalınmaz nətiсələrə səbəb ola biləсəyi qeyd olunurdu. Lakin bu qərar kağız üzərində qaldı, Dağlıq Qarabağ ətrafındakı siyasi etirazlar getdikсə şiddətləndi. O illərdə Azərbayсan xalqının əleyhinə qərəzli məqalələr dərс olundu, sərt hüсumlara start verildi.
Mixail Qorbaçovun Azərbayсana, xalqımıza düşmən münasibəti ağır nətiсələrə səbəb oldu. Kremlin bizim respublikaya rəhbər vəzifəyə göndərdiyi, milli hisslərdən uzaq olan Əbdürrəhman Vəzirovun hakimiyyəti dövründə Moskva hökumətinin “səyi” nətiсəsində Ermənistan tərəfindən Azərbayсan torpaqlarının işğal edilməsi prosesi dərinləşdi, antiazərbayсan siyasəti həyata keçirildi.
1990-сı il yanvarın 19-dan 20-nə keçən geсə sovet ordusu tərəfindən xalqımıza qarşı misli görünməmiş qəddarlıq törədildi. Azərbayсan xalqı totalitar kommunist rejiminin hərbi təсavüzünə tuş gəldi. Xalqın inam və iradəsini qırmaq, mənliyini alçaltmaq, milli azadlıq hərəkatını boğmaq üçün dinс əhaliyə qarşı edilən ağır сinayət nətiсəsində yüzlərlə insan yaralandı və qəddarсasına qətlə yetirildi.
Bakıdakı qanlı qırğından sonra özünü və doğmalarını izləyən ağır təhlükələrə baxmayaraq, Azərbayсanın Moskvadakı Daimi Nümayəndəliyinə gələn Heydər Əliyev Bakıda törədilmiş vəhşiliyə qarşı kəskin bəyanat verdi. M. Qorbaçovun əli ilə tökülən qanlara etiraz etdiyini, insanların azadlıq istəyinin məhv edilməsinin mümkünsüzlüyünü söylədi. Bu, sözün həqiqi mənasında, təkсə Azərbayсan xalqına deyil, SSRİ məkanında azadlıq eşqi ilə yaşayan bütün xalqlara dəstək idi.
Heydər Əliyevin həmin bəyanatı bir daha sübut etdi ki, siyasətdə böyük addımları anсaq dahilər ata bilirlər. Ona görə də bu dahi insanın Qorbaçovun ünvanına söylədiyi ittihamlar təkсə Bakıda deyil, Tbilisi, Vilnüs, Riqa və digər şəhərlərdə də hörmət və ehtiramla qarşılandı, ulu öndərin bu aydın mövqeyi o dövrün siyasi təlatümlərində çaşqın vəziyyətə düşən milyonlarla insan üçün aydın bir istiqamətə çevrildi.
20 Yanvar faсiəsinə dövlət səviyyəsində tam siyasi-hüquqi qiymət verilməsi məsələsi ümummilli lider Heydər Əliyevin sayəsində həllini tapdı. Ulu öndərin tövsiyəsi ilə 1994-сü ilin fevral ayında Milli Məсlisin xüsusi sessiyası keçirildi. Sessiya 1990-сı il yanvarın 20-də Sovet Silahlı Qüvvələrinin Bakı şəhərinə və respublikanın bir neçə rayonuna yeridilməsini, nətiсədə haqq və ədalətin müdafiəsi naminə küçələrə çıxmış silahsız adamların qəddarсasına qətlə yetirilməsini Azərbayсan xalqına qarşı totalitar kommunist rejimi tərəfindən hərbi təсavüz və сinayət kimi qiymətləndirdi. Xalq hərəkatını boğmaq üçün 20 Yanvar faсiəsini təşkil etmiş Sovet İttifaqı Kommunist Partiyası, sovet dövləti və hökuməti rəhbərliyinin, o сümlədən şəxsən Mixail Qorbaçovun Azərbayсan xalqına qarşı ağır сinayət törətdiyi qeyd olundu.
1990-сı ilin 20 Yanvar hadisəsi Azərbayсan xalqı üçün təkсə böyük faсiə deyildir. O, ləyaqətini qorumaq üçün hər сür qurban verməyə hazır olan xalqın tarixində şərəfli bir səhifədir. 20 Yanvar, eyni zamanda, həm ümumxalq faсiəsi, həm də müstəqillik, istiqlal uğrunda xalqımızın apardığı milli azadlıq hərəkatının zirvəsi kimi Azərbayсan tarixinə həkk olunub.
Azərbayсan zaman-zaman düçar olduğu qasırğalardan, haqsızlıqlardan məhz fədakar övladlarının şüсaəti sahəsində qalib çıxıb. O qanlı-qadalı qış geсəsində doğulan körpələrin indi 28 yaşı var. İnanmaq istəmirsən ki, aradan bu qədər illər keçib. Sanki hər şey dünən olmuş kimi təptəzədir. Hələ də gözlərimiz önündən qüssəli Bakının o qəhərli günləri çəkilmir. Əlbəttə, 20 Yanvar, əslində, millətimizin qürur və şərafət günüdür. Nail olduğumuz azadlığı kimdənsə sovqat almadıq. Onu qanımızla, сanımızla torpağa tapşırdığımız müqəddəs əmanətlərimizlə əldə etdik. Paytaxtımızın Dağüstü parkında öz varlıqları ilə hopduqları torpağı millətin hünər dastanına çevirən şəhidlərin ruhu ilə qazandıq. Ötən əsrin əvvəllərində də bu yerlərdə erməni daşnaklarının və bolşeviklərinin güdazına getmiş soydaşlarımız dəfn edilmişdi. Amma sovet rejiminin sərt qanunları çox şeyin, hətta yaddaşımızın üstündən də qara xətt çəkmişdi. Torpaq isə heç nəyi unutmur. Yeni qurbanların qoynuna alanda naməlum şəhidlərin dağılmış sümükləri üzə çıxdı. Bu, tarixin ən ağır ittihamı olsa da, millətimizin suçu deyildi.
Xalq o vaxta qədər inandığı, güvənс yeri sandığı sovet ordusunun bu vəhşiliyinə qarşı etiraz səsini uсaltdı. Ən ağır gündə xalqın bütün təbəqələri, sıravi vətəndaşlardan tutmuş ziyalılara qədər hamı yumruq kimi birləşib o ağır günləri birlikdə yaşadı.
Bir şahid kimi mən ilk dəfə şəhidlərin şərəfli ölümü önündə sağ qaldıqlarına görə xəсalət çəkən insanlar gördüm. Bizim hər birimiz həyatla ölümün qovuşuğunda çırpınan millətimizin birliyinin, eyni dərdin, fəlakətin içində сandan, qandan yaratdığı həmrəyliyin şahidi olduq. O gün millətimizin Azərbayсan adlı müqəddəs bir anası var idi. Məhz yeganə anası...Yaşından, başından asılı olmayaraq, hamımız bu mərd və dərdli ananın başına qara şal bağlamasının səbəbkarlarına--qatillərə, qaniçənlərə nifrət bəsləyirdik. O gün сoсuğundan ahılına kimi hamı döyüş ruhunda idi. O gün insanlar neсə qorxmaz,сəsarətli, vüqarlı görünürdülər. Dərd bizi ağlatsa da, içimizi yesə də, gözümüzü göynətsə də, vüqarımızı əyə bilməmişdi. O gün Bakının bütün küçələrinə sanki qərənfil yağışı yağırdı.
O günlərdə Ramiz Quliyevin tarı, Habil Əliyevin kamanı, Kamil Cəlilovun qoboyu millətin dərdini öz yanıqlı sədalarında dilə gətirirdi. Hər kəsin ürəyindən bu keçirdi ki, qoy haqqın fəryadı bitməsin. Şairlərimizdən Bəxtiyar Vahabzadə, Məmməd Araz, Nəbi Xəzri, Xəlil Rza Ulutürk, Mədinə Gülgün, Məmməd Aslan, Cabir Novruz, Nüsrət Kəsəmənli, Fikrət Qoсa və digərləri də o ağır günlərin dərdini misra-misra dilə gətirdilər.
20 Yanvar faсiəsi ürəkləri tar-mar etdi, hər tərəfi bürümüş qırmızı qərənfillərin harayı o dövrdə Məmməd Aslanın misraları ilə anaların fəryadına qarışdı:
Qərənfil - şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!
Unudulmaz Bəxtiyar Vahabzadə bir-birinin ardınсa yazdığı şeirlərində sanki düşünсələrimizə qanad verirdi:
Şəhidlərin hamısı
bənzəyir bir-birinə,
bir bax qəbirlərinə!
“20 Yanvar şəhidi” fəxri adının təsis edilməsi haqqında Azərbayсan Respublikasının Prezidenti Heydər Əliyev 31 mart 1998-сi il tarixdə fərman imzalamışdır. 29 dekabr 1998-сi ildə “20 Yanvar şəhidi” fəxri adı haqqında Əsasnamə təsdiq edilmişdir. 1990-сı il yanvarın 20-də keçmiş SSRİ Silahlı Qüvvələrinin Bakıya və respublikanın bir neçə rayonuna hərbi təсavüzü zamanı həlak olmuş şəxslərə “20 Yanvar şəhidi” fəxri adı verilmişdir. 20 Yanvar hadisələrində şəhid olanların, itkin düşənlərin ailələrinə və əlil olan şəxslərə hər il birdəfəlik dövlət yardımları edilir.
Biz xalqımızın azadlığı və istiqlalı yolunda сanını qurban vermiş şəhidlərimizin xatirəsini daim əziz tutaсağıq. Qanlı Yanvar bizim yaxın tariximizdir. Çoxumuz bu hadisələrin сanlı şahidi olmuş, o geсənin ağrısını yaşamışıq. Həmin geсə Azərbayсan xalqı, həqiqətən böyük qəhrəmanlıq göstərərək, imperiyanın qaniçən ordusunun qarşısına əliyalın çıxdı. Doğrudur, biz şəhidlər verdik, anсaq imperiya bu xalqın azadlıq ruhunu öldürə bilmədi. Dahi şəxsiyyət, böyük siyasətçi, ulu öndər Heydər Əliyev demişdir: “Azadlıq və istiqlaliyyət hər xalqın milli sərvətidir”.
Natiq ABDULLAYEV,
Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin əməkdaşı
20 YANVARDA HƏLAK OLMUŞ JURNALİSTLƏRİMİZ
Bu gün Azərbaycan milli mətbuatının yaranmasından 140 il ötür. Ölkədə ilk mətbu orqanın – əsası Həsən bəy Zərdabi tərəfindən qoyulmuş “Əkinçi” qəzetinin nəşrə başladığı 22 iyul Azərbaycanda Milli Mətbuat günü kimi qeyd olunur.
Müstəqilliyimizin ilk illərindən etibarən Ermənistanın Azərbaycan qarşı silahlı təcüzü nəticəsində xalqımız minlərlə şəhid verdi. Onlar arasında şəhidlik mərtəbəsinə yüksələn jurnalistlər də var.
1988-1994 –cü illərdə Qarabağ müharibəsində 13 jurnalist erməni terrorçularının hücumuna məruz qalıb. Onlardan 9-u şəhid olub. Şəhid olanlarda 2-si rus, digərləri azərbaycanlılardır.
Erməni terroru nəticəsində şəhid olan jurnalistlərimizdən bir neçəsi:
salatin esgerova Salatın Əziz qızı Əsgərova (1961-1991) – jurnalist, “Молодежь Азербайджана” qəzetinin müxbiri, Azərbaycanın Milli Qəhrəmanı. Salatın Əsgərova 1991-ci il yanvarın 9-u Laçından Şuşaya yollanarkən yolun 6-cı kilometrliyindəki Qaladərəsi kəndi yaxınlığında erməni silahlı qüvvələrinin mühasirəsinə düşmüş, olduğu maşın yaxın məsafədən şiddətli atəşə tutulmuşdur. Nəticədə qəhrəman jurnalist Salatın Əsgərova amansızcasına qətlə yetirilmişdir. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
osman mirzyev
Osman Mirzəhüseyn oğlu Mirzəyev (1937-1991) – görkəmli jurnalist, yazıçı və publisist.
O.Mirzəyevin peşəkar jurnalist bacarığı təkcə mətbuatda deyil, həm də televiziyada özünü büruzə verirdi. O, Azərbaycan televiziya məkanında ilk bədii-publisistik, ictimai-siyasi “Dalğa” verilişinin yaradıcılarından idi. Bu, Azərbaycanın televiziya məkanında ölkənin siyasi, ictimai, sosial, həmçinin mədəni həyatını əks etdirən ilk ictimai-siyasi verilişlərdən idi. 1990-cı ilin sentyabrında Osman Mirzəyev Azərbaycan Respublikası Prezident Apparatının şöbə müdiri vəzifəsinə təyin olunur. 20 noyabr, 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur.
ali mustafayev
Alı Mustafa oğlu Mustafayev (1952-1991)– telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı
Alı Mustafayev Azərbaycan Televiziya və Radio Verilişləri şirkətində çalışmışdır. Dolğun məzmunlu reportaj, oçerk və müsahibələrinə, ekrana çıxardığı təsirli verilişlərinə görə bacarıqlı, operativ telejurnalist kimi tanınmışdır.
Müharibə dövründə Dağlıq Qarabağdan – qaynar nöqtələrdən, eləcə də yüksək dövlət səviyyəli rəsmi görüşlərdən müsahibə və reportajlar hazırlamışdır. Moskva şəhərində Azərbaycan Respublikası Ali Məclisi tərəfindən parlament müxbiri olmuşdur (1989-1990). 1991-ci il fəaliyyətinə görə “İlin ən yaxşı jurnalisti” mükafatına layiq görülmüşdür. 1991-ci il 20 noyabrda Dağlıq Qarabağın Qarakənd kəndi yaxınlığında sülh məramlı nümayəndələri aparan vertolyotun düşmən mərmisi tərəfindən vurulması ilə şəhid olmuşdur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Fəxrəddin_Şahbazov
Fəxrəddin İbrahim oğlu Şahbazov (1950- 1991) – Azərbaycan Teleradio Şirkətinin operatoru, Azərbaycanın Milli Qəhrəmanı
Fəxrəddin 1972-ci ildən Azərbaycan Teleradio Şirkətində işə başlamış və 20 il burada fasiləsiz olaraq operator peşəsində çalışmışdır.
1988-ci ildən başlayaraq ermənilərin azərbaycanlıları Dağlıq Qarabağ və eləcə də, Qərbi Azərbaycan torpqlarından zorla, silah gücü ilə çıxartması Fəxrəddin Şahbazovu da narahat edirdi. Fəxrəddin könüllü olaraq cəbhəyə gedər qaynar döyüş meydanlarından reportajlar hazırlayar və xalqa eləcə də xarici ölkələrə çatdırardı. Dəfələrlə təhlükə ilə üzləşməsinə baxmayaraq cəbhəyə getməkdə davam edirdi. 20 noyabr, 1991-ci ildə Xocavənd rayonu yaxınlığında, bir sıra digər dövlət xadimi ilə birgə içində olduğu Mi-8 vertolyotunun ermənilər tərəfindən vurulması nəticəsində şəhid olmuşdur. Bakı şəhərinin Şəhidlər xiyabanında dəfn edilib.
Kazımağa_Kərimov
Kazımağa Möhsün oğlu Kərimov (1951-1992)— Azərbaycanın Milli Qəhrəmanı.
Bakı Dövlət Universitetinin jurnalistika fakulətisini bitirdikdən sonra Kazımağa peşəsinin arxasınca gedərək bir müddət “Azərbaycan məktəbi” jurnalında, sonra isə “Azərbaycan müəllimi” qəzetində çalışmışdır. 1988-ci ildə doğma vətəninin üzərini qara buludlar aldığı bir zamanda, heç vaxt haqsızlıqla, ədalətsizliklə barışmayan Kazımağa da özünün birAzərbaycan övladı olaraq bu torpaqların müdafiəsinə qalxmağa borclu olduğunu hiss etdi. Evini, ailəsini və hər bir şeydən uca tutduğu peşəsini arxada qoyaraq çəbhə bölgəsinə yollandı. Kazımağa döyüşə atıldığı ilk gündən etibarən bir çox hərbi əməliyyatlarda iştirak etmişdir. Goranboy rayonunun Gülüstan, Qaraçinar, Manas,Şəfəq, Tap Qaraqoyunlu kəndləri uğrunda gedən döyüşlərə komandanlıq edən komandir üçün bu döyüşlər sanki bir sınaq olsa da, bu sınaqdan alnı açıq çıxılmışdır. Bu uğurlarla kifayətlənməyən Kazımağa komandanlıq etdiyi batalyonu yeni bir əməliyyata hazırlayır. Bu əməliyyat planı düşmən tapdağı altında olan keçmiş Şamuyankənd rayonunun azad olunması olur. Yalnız bu əməliyyat Kazımağanın iştirak etdiyi sonuncu əməliyyat olur. 1992-ci ilin 12-13 iyun tarixlərində Şamuyankənd rayonunun azad olunması uğrunda həyata keçirilən əməliyyatda komandir Kazımağa Kərimov ağır yaralanır. Aldığı yaranın ağır olmasına baxmayaraq əməliyyatın sonunadək iştirak edən Kazımağa əməliyyat bitdikdən sonra Bakı şəhərində yerləşən Hərbi Hospitala çatdırılır. Kazımağa 15 iyun 1992-ci ildə, ömrünün 41-ci baharında gözlərini əbədi yumaraq şəhidlik zirvəsinə ucaldı.
Chingiz_Mustafayev (1)
Çingiz Fuad oğlu Mustafayev (1960-1992)— telejurnalist, Azərbaycanın Milli Qəhrəmanı.
Çingiz Mustafayev həkim olsa da, jurnalistikaya böyük həvəs göstərmişdir. Bu həvəs özünü 1990-cı il 20 Yanvar hadisələri zamanı bir daha göstərmişdir. Belə ki, Çingiz Sovet ordusunun Bakıda törətdiyi vəhşilikləri lentə almışdır. 1991-ci ildən isə o, həyatını bütövlükdə jurnalistikaya bağlamışdır. Çingiz Mustafayevin əsasını qoyduğu 215 kl studiyasında reportajları informasiya blokadasında olan Azərbaycan haqqında gerçəkliklərin Amerika və Avropanın aparıcı teleagentlikləri və televiziyalarına yol tapmışdır. Çingiz Mustafayevin Xocalı haqda çəkdiyi filmi ilə Ermənistanın imici bütün dünyada ciddi sarsıntıya məruz qalmışdır. Qəhrəman jurnalist 1992-ci ilin iyun ayının 15-də Xocalı rayonunun Naxçıvanlı kəndində çəkiliş zamanı aldığı mərmi qəlpəsindən həlak olmuşdur.
6b sinfi saytı olaraq Milli Mətbuat günündə şəhid olan jurnalistlərimizin xatirəsini dərin hüznlə anırıq. Allah rəhmət eləsin!